Litva ilə oyunda qol vuran Mahir əsgər salamı verdi

 17:45 27.09.2026     64

UEFA Millətlər Liqasının D Divizionunda Litva ilə oyunda qol vuran Azərbaycan millisinin futbolçusu Mahir Emreli sevincini fərqli şəkildə qeyd edib.

Redaktor.az xəbər verir ki, Kaunas şəhərində keçirilən görüşün 14-cü dəqiqəsində fərqlənən hücumçu azərbaycanlı azarkeşlərin olduğu sektora yaxınlaşaraq əsgər salamı verib.

Xatırladaq ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Forvard bu qolla hesabı bərabərləşdirib.

Qeyd edək ki, Litva - Azərbaycan matçında hazırda ilk hissə oynanılır və hesab 1:1-dir.

Vumart və Güvən reklamı Vumart Güvən