“Mançester Siti”nin Premyer Liqadan çıxarılması tələb EDİLDİ
Böyük Britaniya parlamentinin üzvü Ceremi Korbin “Mançester Siti”nin İngiltərə Premyer Liqasından (APL) çıxarılmasını və klubun qazandığı titullardan məhrum edilməsini tələb edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Standard” məlumat yayıb.
Londonun “Arsenal” klubunun azarkeşi olan Korbin bildirib ki, “Mançester Siti” çox sayda xalının silinməsi ilə cəzalandırılmalıdır. Onun sözlərinə görə, bu, klubun APL-dən çıxarılması ilə nəticələnəcək.
“Bu, misli görünməmiş qərardır və misli görünməmiş nəticələr tələb edir”, - deyə parlamentari bildirib.
Siyasətçi əlavə edib ki, liqa “Mançester Siti”nin qazandığı titullardan məhrum edilməsi məsələsinə də baxmalıdır.
“Əgər onlar titullarını ədalətsiz yolla əldə ediblərsə, niyə həmin titullar onlarda qalmalıdır?” - deyə Korbin sual edib.
Qeyd edək ki, sentyabrın 25-də “Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinib. Kluba qarşı ittihamlar 2024-cü ilin fevralında irəli sürülüb. “Mançester Siti”nin 2009-2018-ci illər arasında 100-dən çox maliyyə qaydasını pozduğu iddia edilib.
Xədicə BAXIŞLI













