“Qarabağ”ın futbolçusu İrəvanda - FOTO
“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinin heyətində İrəvanda Ermənistan yığmasına qarşı oynayıb.
Redaktor.az xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 2-ci tur matçına start heyətində çıxıb və 90 dəqiqə meydanda olub. Monteneqro səfərdə Ermənistanı 3:2 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra Monteneqro 2 oyundan 6 xalla qrupun lideridir. Ermənistan isə 3 xalla 2-ci pillədə qərarlaşıb.














