UEFA Millətlər Liqasında ötən gecənin nəticələri
UEFA Millətlər Liqasında növbəti oyun günü başa çatıb.
Redaktor.az xəbər verir ki, ötən gecənin qarşılaşmaları bir sıra maraqlı nəticələrlə yadda qalıb. İtaliya səfərdə Türkiyəni böyük hesabla məğlub edib, Bosniya və Herseqovina Rumıniyadan 4 qolla qayıdıb. Fransa isə Belçika ilə görüşdə qələbə qolunu matçın son dəqiqələrində vurub.
Günün oyunlarında qeydə alınan nəticələr və əsas hadisələr belə olub:
Türkiyə – İtaliya – 1:4
İtaliya səfərdə Türkiyəyə böyük hesabla qalib gəlib. Qonaqların heyətində Alessandro Bastoni 9-cu, Davide Frattesi 22-ci, Kayode 27-ci və Sebastiano Esposito 50-ci dəqiqədə fərqlənib.
Türkiyənin təsəlli qolunu isə 47-ci dəqiqədə Yılmaz vurub.
Belçika – Fransa – 0:1
Günün ən gərgin qarşılaşmalarından biri Belçika ilə Fransa arasında keçirilib. Uzun müddət qapılara yol tapa bilməyən komandaların mübarizəsində qalib son dəqiqələrdə müəyyənləşib.
Fransaya 3 xal qazandıran qolu 88-ci dəqiqədə Maykl Olise vurub. Qolun ötürməsini Rayan Şerki verib.
Rumıniya – Bosniya və Herseqovina – 2:4
Bol qollu qarşılaşmada Bosniya və Herseqovina səfərdə Rumıniyanı məğlub edib.
Qonaqların heyətində Gigoviç 12-ci, Muharemoviç 19-cu, Tabakoviç 40-cı və Mahmiç 55-ci dəqiqədə hesabı dəyişib.
Rumıniyanın qollarını isə Bırligea 28-ci, Çıkıldau 62-ci dəqiqədə vurub.
İsveç – Polşa – 3:1
İsveç doğma meydanda Polşaya qalib gəlib.
Meydan sahiblərinin qollarını Nüqren 8-ci, Ayari 63-cü və Dyokereş 72-ci dəqiqədə vurub. Polşanın yeganə qolunun müəllifi isə 43-cü dəqiqədə Szymanski olub.
Ermənistan – Monteneqro – 2:3
Ermənistan və Monteneqro arasında keçirilən görüş dramatik sonluqla başa çatıb.
Monteneqro hesabı 20-ci dəqiqədə Piloyanın avtoqolu ilə açıb. Krstoviç 38-ci dəqiqədə fərqi artırıb.
Ermənistan Serobyanın 34-cü və Spertsyanın 65-ci dəqiqədə vurduğu qollarla hesabı bərabərləşdirsə də, Monteneqro 89-cu dəqiqədə Latkoviçin qolu ilə qələbəni əldə edib.
Gürcüstan – Ukrayna – 0:0
Gürcüstan və Ukrayna arasında keçirilən qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflərin cəhdlərinə baxmayaraq, görüş ərzində hesab açılmayıb.
Şimali İrlandiya – Macarıstan – 0:0
Şimali İrlandiya ilə Macarıstanın mübarizəsində də qapılara qol vurulmayıb. Komandalar matçı 0:0 hesabı ilə başa vuraraq xalları bölüşüblər.
Latviya – Kipr – 0:0
Gecənin digər qolsuz qarşılaşması Latviya ilə Kipr arasında keçirilib. 90 dəqiqə ərzində hesab dəyişməyib və komandalar hərəyə 1 xalla kifayətləniblər.
Turan ASLAN













