“Xankəndi”nin baş məşqçisi təyin EDİLDİ
“Xankəndi” futbol klubunun yeni baş məşqçisi bəlli olub.
I Liqa təmsilçisindən Redaktor.az-a verilən məlumata görə, bu vəzifəni Röyal Nəcəfov icra edəcək.
Onunla 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Röyal Nəcəfov “Xankəndi” klubunun sükanı arxasında Zaur Hacıyevi əvəzləyib.













