İnfantino Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış OLDU

 13:50 29.09.2026     61

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlib.

AFFA-dan Redaktor.az-a verilən məlumata görə, səfər çərçivəsində milli assosiasiyanın prezidenti Rövşən Nəcəf və Canni İnfantino FIFA U-15 dünya çempionatı və festivalının oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa olunan futbol bazasında olublar. FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı tarixdə ilk dəfə keçiriləcək.

FIFA prezidentinə U-15 Dünya Çempionatına hazırlıq barədə məlumat verilib (FOTO) (YENİLƏNİB)

Vumart və Güvən reklamı Vumart Güvən