UEFA Millətlər Liqasında iki matçda qalib müəyyənləşmədi

 00:21 30.09.2026     128

UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti qarşılaşmalar keçirilib.

Redaktor.az xəbər verir ki, günün iki oyununda qalib müəyyənləşməyib. Finlandiya ilə Belarus qolsuz heç-heçə edib, Moldova və Farer adaları isə hərəyə bir qolla kifayətlənib.

Finlandiya 0:0 Belarus

Finlandiya və Belarus yığmaları arasında keçirilən qarşılaşmada hesab açılmayıb.

Matçın 68-ci dəqiqəsində Belarus millisinin futbolçusu Aleksandr Selyavanın vurduğu qol VAR yoxlamasından sonra ləğv edilib.

Görüşdə Belarus millisinin heyətində Artem Şumanski (61'), Aleksandr Selyava (68') və Anton Lukaşov (71'), Finlandiya yığmasında isə Kaan Kairinen (73') və Adam Ştahl (86') sarı vərəqə ilə cəzalandırılıblar.

Moldova 1:1 Farer adaları

Moldova və Farer adaları arasında keçirilən qarşılaşmada isə komandalar meydandan heç-heçə ilə ayrılıblar.

Farer adaları 26-cı dəqiqədə Davidsenin qolu ilə hesabı açıb – 0:1.

Moldova millisi 66-cı dəqiqədə Sergiu Perciunun qolu ilə hesabı bərabərləşdirib – 1:1.

Qalan dəqiqələrdə tərəflərdən heç biri fərqlənə bilməyib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən