UEFA Fatih Terimə “Qalatasaray” – “Barselona” oyunu ilə bağlı xüsusi vəzifə VERDİ
UEFA “Qalatasaray” – “Barselona” matçı üçün Fatih Terimə xüsusi vəzifə verib.
Redaktor.az xəbər verir ki, Terim UEFA-nın texniki müşahidəçisi kimi İstanbulda keçiriləcək Çempionlar Liqası oyununu izləyəcək.
Türkiyəli mütəxəssis bildirib ki, UEFA ona tapşırılan matçları təhlil etməsini istəyir.
Terim ötən mövsüm Çempionlar Liqasında “Arsenal” – “Sportinq” qarşılaşmasını Londonda izləyərək UEFA-ya texniki müşahidəçi kimi hesabat təqdim edib.
O, oktyabrın 13-də keçiriləcək “Qalatasaray” – “Barselona” matçında da analiz aparacağını açıqlayıb.













