Ronaldo onunla mübahisə edib düşərgəni tərk ETDİ
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo baş məşqçi Jorje Jezusla mübahisədən sonra icazəsiz olaraq komandanın düşərgəsini tərk edib.
Redaktor.az xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.
41 yaşlı futbolçu, baş məşqçinin qərarı ilə Millətlər Liqası çərçivəsində Norveçə qarşı keçiriləcək oyunun heyətindən kənarda qaldıqdan sonra komandanın son üç məşqində iştirak etməyib.
Jezusun Danimarkaya qarşı növbəti oyunda Ronaldoya heyətdə yer verəcəyinə dair heç bir təminat vermədiyi bugünkü mətbuat konfransından sonra Kriştianu hava limanına yollanıb və şəxsi təyyarəsi ilə oradan ayrılıb.













