“Mingəçevir Reqatası-2026”nın ikinci günündə komandamız 7 medal qazandı - FOTO
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində ikinci yarış günü başa çatıb.
Redaktor.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 8 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan komandası 3 qızıl, 1 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 7 medal qazanıb.
Azərbaycan komandasında qızıl medalları 2 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov, 1 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafədə (2008-2009) Azər İlyasov və 1 nəfərlik kayakda 1000 metr məsafədə (2008-2009) Əlimurad Hacızadə qazanıblar.
Gümüş medala 2 nəfərlik kayak qayığında 1000 metr məsafədə (2010-2011) Elmir Tarverdiyev – Mustafa Vəlizadə layiq görülüblər.
2 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Nuran Rəhimli – Elvin Əliyev, 1 nəfərlik kanoe qayığında 1000 metr məsafədə (2008-2009) Hüseyn Səmədli, 2 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafədə (2010-2011) Məhəmməd Həsənov – İlyas İbrahimov dueti finiş xəttini üçüncü sırada keçiblər.
Xatırladaq ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında start verilib. Yarışların birinci günündə Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. 12 ölkədən 100-dən artıq idmançının mübarizə apardığı reqataya oktyabrın 1-də yekun vurulacaq.



























