Ronalduya görə Portuqaliya millisinin sosial şəbəkə hesabı 500 min izləyici itirib

 23:56 01.10.2026     54

Portuqaliya millisinin sosial şəbəkə hesabı bir gün ərzində təxminən 500 min izləyici itirib.

Redaktor.az xəbər verir ki, buna səbəb Kriştiano Ronaldunun komandanın düşərgəsini tərk etməsi olub.

Futbolçunun komandadan ayrılması dünya üzrə azarkeşlərin kəskin reaksiyasına səbəb olub.

Daha əvvəl Ronaldunun Millətlər Liqasında Norveçlə keçiriləcək matça buraxılmaması səbəbindən baş məşqçi ilə münaqişə yaşadığı barədə məlumat yayılıb. Bundan sonra Portuqaliya Futbol Federasiyasının rəhbəri təcili danışıqlar aparıb və münaqişə həll olunub. Lakin Danimarka ilə oyun öncəsi mətbuat konfransında baş məşqçi Ronaldunun bu matçı da buraxa biləcəyini istisna etməyib.

Oktyabrın 1-də Ronaldunun Portuqaliya millisinin düşərgəsini özbaşına tərk etdiyinə görə altı aya qədər diskvalifikasiya oluna biləcəyi məlum olub.

Qeyd olunur ki, Portuqaliya Futbol Federasiyasının intizam reqlamentində bu cür pozuntulara görə sanksiyalar nəzərdə tutulub. Ronaldo cərimələnə və ya 1-6 ay müddətinə milli komandadan uzaqlaşdırıla bilər.

41 yaşlı hücumçunun milli komanda ilə bağlı iki dünya rekordu var. O, 146 qolla tarixdə millilərin ən məhsuldar futbolçusu, 234 oyunla isə ən çox milli forma geyinən futbolçudur.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən