Messi vida oyunu üçün Argentinaya yollandı

 18:46 02.10.2026     75

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib.

Redaktor.az xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir.

Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq.

Messi Argentina millisində 207 oyun keçirib və 125 qol, 68 məhsuldar ötürmə ilə yadda qalıb.

Ulduz futbolçu milli komanda ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə isə Finalissima çempionu olub.

Vumart və Güvən reklamı Vumart Güvən