Millimizin rəqibləri MÜƏYYƏNLƏŞDİ

 20:55 02.10.2026     87

19 yaşadək futzalçılar arasında keçiriləcək AÇ-2027-nin əsas mərhələsinin püşkü atılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib. Yığma 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.

Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən