"Barselona"ya qayıtmağı arzulayır

 22:19 02.10.2026     146

Daha bir ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır.

Redaktor.az xəbər verir ki, portuqaliyalı ulduz hücumçu Joao Feliks karyerasını məhz "Barselona"da davam etdirmək istədiyini ifadə edib.

O, Kataloniya təmsilçisinə qayıtmaq üçün hətta maaşında ciddi endirimlər etməyə və hər cür güzəştə getməyə tam hazırdır.

Buna baxmayaraq, "Barselona"nın idman rəhbərliyi və məşqçilər korpusu hazırkı mərhələdə bu keçidə isti baxmır.

Komandanın hücum xəttinin kifayət qədər dolu olması, heyət sıxlığı və digər prioritet transfer hədəfləri səbəbindən klubda portuqaliyalı oyunçu üçün boş yer mövcud deyil.

Vumart və Güvən reklamı Vumart Güvən