"Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO
"Turan Tovuz" və "Fənərbağça"nın nümayəndələri komandalar arasında keçiriləcək oyundan əvvəl Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə Redaktor.az-a Azərbaycan klubundan məlumat verilib.
Nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
















