Azərbaycan millisi Litvaya qarşı

 10:05 04.10.2026     61

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq.

Redaktor.az xəbər verir ki, Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edəcək.

8-ci km stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək.

Sentyabrın 27-də komandalar arasında Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda 2 xalla ikincidir. Litva isə 4 xalla liderdir.

4 oktyabr

UEFA Millətlər Liqası

4-cü tur

17:00 Azərbaycan – Litva

Baş hakim: Qustavo Korreya (Portuqaliya)

8-ci km stadionu.

Vumart və Güvən reklamı Vumart Güvən