“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək

 11:35 04.10.2026     108

Azərbaycanın “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) futbol komandalarının veteranları bu gün qarşılaşacaq.

Redaktor.az xəbər verir ki, yubiley matçı saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Qarşılaşmanı tarixi edən əsas məqam komandaların 75 ildən sonra eyni arenada yenidən üz-üzə gəlməsidir. Belə ki, 1951-ci ildə stadionun açılışı zamanı da “Neftçi” və “Spartak” (Vilnüs) qarşılaşıb. O vaxt “Neftçi” “Neftyanik” adı ilə çıxış edib. Bakı təmsilçisi Vilnüs “Spartak”ından üstün olub - 4:0.

Həmin tarixi oyunun ilk qolunu sonradan Azərbaycan futbolunun ən tanınmış hücumçularından birinə çevrilən Ələkbər Məmmədov vurub. O, görüşdə ümumilikdə iki dəfə fərqlənərək qələbədə əsas rol oynayıb.

Vumart və Güvən reklamı Vumart Güvən