Millimiz qalib gəldi - YENİLƏNİB

 19:02 04.10.2026     266

Azərbaycan millisi UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

Redaktor.az-ın məlumatına görə Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib. 

8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib. 

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

***

İkinci hissə başladı.

***

İlk hissə bitdi.

*** 17:52

Millimiz hesabı açır. Abdulla Xaybullayev 25-ci dəqiqədə fərqlənir.

*** 17:28

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva matçına start verilib.

Redaktor.az-ın məlumatına görə, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Vumart və Güvən reklamı Vumart Güvən