"60 kiloqramda Azərbaycandan heç kim dünya çempionu olmamışdı" - Əhməd

 20:21 04.10.2026     70

Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur. 60 kiloqramda Azərbaycandan heç kim dünya çempionu olmamışdı. Çox xoşbəxtəm ki, birinci mən oldum.

Redaktor.az xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifov deyib.

27 yaşında dünya çempionu olan cüdoçu final görüşünün gözlədiyi kimi başlamadığını bildirib: “Amma sonradan özümü toparladım. Öz fəndimi tətbiq etdim və dünya çempionu oldum”.

O, bu gün səhərdən dünya çempionu olacağına inandığını qeyd edib: “Səhər düşünürdüm, amma medalı verməyi də, çempionluğu da fikirləşirdim. Lkin getdikcə gördüm ki, bu gün özümü çox yaxşı hiss edirəm. Gün məndən yana idi. Mən də bunu dəyərləndirdim və dünya çempionu oldum”.

İdmançı 2024-cü ildə Qran-Pri turnirinin finalında məğlub olduğu rəqibi bu dəfə məğlub etdiyini vurğulayıb.

Cüdoçu çempion olacağına nə vaxt inandığını da açıqlayıb: “Kəmərdən tutub üstünə əlimi atanda artıq hiss etdim ki, çempion ola bilərəm və ondan sonra da qalib oldum”.

Dünya çempionu növbəti hədəfinin Olimpiya çempionluğu olduğunu bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən