Ronaldo milliyə qayıdacaq?

 00:00 05.10.2026     90

Kriştiano Ronaldo baş məşqçi Jorje Jezusla arasında yaşanan gərginliyə baxmayaraq gələn il Portuqaliya millisində çıxışını davam etdirə bilər.

Redaktor.az xəbər verir ki, “Talksport” nəşrinə danışan jurnalist Migel Pereyranın sözlərinə görə, 41 yaşlı hücumçu milli komandada son qolunu vurmaq və karyerasını xüsusi şəkildə başa vurmağı planlaşdırır:

"Düşünürəm ki, o, mövsümün sonunda milli komandada 1000-ci qoluna çatmağı hədəfləyir. Ronaldo “Əl-Nəsr”də bir mövsümdə asanlıqla 15-20 qol vuracağını düşünürdü. Amma əslində Ronaldo özünü, eqosunu və milli komandadakı tarixini qeyd edəcəyi böyük bir final etmək istəyirdi.

Bütün bunlara baxmayaraq düşünürəm ki, bu baş verəcək. Hazırda Ronaldonun düşərgəsi ilə Jezusun komandası arasında əlaqələrin bərpa olunmağa başladığını görürəm. Portuqaliya Futbol Federasiyası da Ronaldonun yaratdığı böyük marağa görə onun komandada qalmasında çox maraqlıdır.

Fikrimcə, Kriştiano gələn ilin sonunda Portuqaliya millisində son döyüşü üçün geri qayıdacaq".

Vumart və Güvən reklamı Vumart Güvən