Portuqaliya və Niderland qalib gəldi, Almaniya xal itirdi - Millətlər Liqası

 00:58 05.10.2026     165

UEFA Millətlər Liqasının növbəti oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, günün qarşılaşmalarında Portuqaliya və Niderland qələbə qazanıb, Almaniya isə Yunanıstanla heç-heçə edib. Danimarka Uelsə, İrlandiya isə İsrailə qarşı oyunda xal əldə edib.

Portuqaliya 2:1 Norveç

A Liqasının növbəti matçında Portuqaliya Norveçi 2:1 hesabı ilə məğlub edib.

Qonaqlar 36-cı dəqiqədə Kristoffer Ayerin qolu ilə hesabı açıblar. Lakin Portuqaliya cəmi iki dəqiqə sonra – 38-ci dəqiqədə Joao Kanselonun qolu ilə tarazlığı bərpa edib.

79-cu dəqiqədə Qonsalo Ramos Portuqaliyanı önə keçirərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, Fransisko Konseysao 86-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Niderland 2:1 Serbiya

Niderland öz meydanında Serbiyaya 2:1 hesabı ilə qalib gəlib.

Teun Kupmeyners 31-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxarıb. Serbiya 35-ci dəqiqədə Mixaylo Svetkoviçin qolu ilə hesabı bərabərləşdirib.

Niderlandın qələbə qolunu isə 72-ci dəqiqədə Yoşua Zirkzee vurub.

Yunanıstan 0:0 Almaniya

Günün diqqətçəkən qarşılaşmalarından birində Yunanıstan və Almaniya qolsuz heç-heçə edib.

Gərgin mübarizə şəraitində keçən oyunda tərəflər fərqlənə bilməyib və hərəyə bir xal qazanıblar.

Uels 0:1 Danimarka

Danimarka səfərdə Uelsə minimal hesabla qalib gəlib.

Qarşılaşmanın taleyini 75-ci dəqiqədə vurulan qol həll edib. Rasmus Höylundun qolu Danimarkaya 1:0 hesablı qələbə qazandırıb.

İrlandiya 1:1 İsrail

B Liqasının görüşündə İrlandiya və İsrail 1:1 hesablı heç-heçə edib.

İrlandiya 39-cu dəqiqədə Troy Parrotun qolu ilə hesabı açıb. İsrail isə ikinci hissənin əvvəlində – 47-ci dəqiqədə Dor Peretsin qolu ilə hesabı bərabərləşdirib.

Qarşılaşmada daha qol olmayıb və komandalar xalları bölüşüblər.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən