Azərbaycan millisi Cəbəllütariqlə qarşılaşacaq
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Redaktor.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq yığması ilə üz-üzə gələcək. B qrupunun qarşılaşması “Bank Respublika Arena”da keçiriləcək və oyun saat 17:45-də başlayacaq. Görüşün baş hakimi Lüksemburqdan olan Yasmin Sabotiç olacaq.
Qeyd edək ki, Azərbaycan U-21 millisi hazırda 6 komandanın yer aldığı qrupda 7 xalla 5-ci pillədə qərarlaşıb.













