Millimiz Yaponiyanı penaltilərdə məğlub ETDİ
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Redaktor.az "Teleqraf"a istinadən xəbər verir ki, Rui Jorjenin çalışdırdığı yığma Yaponiyanın eyni yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.
Penaltilər seriyasında Azərbaycan 5:4 qalib gəlib.
Qeyd edək ki, təlim-məşq toplanışı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədi daşıyır.













