Ronaldo Portuqaliya millisində karyerasını bitirməyəcək

 23:28 06.10.2026     125

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo milli komandadakı karyerasını başa çatdırmaq qərarından vaz keçib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

41 yaşlı futbolçu noyabr ayında keçiriləcək oyunlarda Portuqaliya millisinin heyətinə çağırıla biləcək. Portuqaliya noyabrın 14-də evdə Danimarka, 17-də isə səfərdə Uelslə qarşılaşacaq. Hər iki oyun Millətlər Liqası çərçivəsində keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Ronaldo ilə baş məşqçi arasında futbolçunun Millətlər Liqasının Norveçə qarşı ilk tur oyununa buraxılmaması səbəbindən münaqişə yarandığı barədə məlumat yayılmışdı. Portuqaliya Futbol Federasiyasının rəhbəri məsələ ilə bağlı təcili danışıqlar aparıb və tərəflər arasındakı problem həll olunub. Lakin baş məşqçi Danimarka ilə oyun öncəsi mətbuat konfransında Ronaldonun bu görüşü də buraxa biləcəyini bildirib.

Ronaldonun milli komandada iki dünya rekordu var. O, 146 qolla yığmalar tarixinin ən məhsuldar futbolçusu və 234 oyunla milli komandalarda ən çox matç keçirən oyunçudur.

Xatırladaq ki, oktyabrın 6-da Ronaldo baş məşqçi Jorje Jezus olduğu müddətdə Portuqaliya millisində oynamayacağı barədə məlumat yayılmışdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən