"Mənə futbolu daha da sevdirdiyiniz üçün təşəkkür edirəm" - Neymardan duyğusal paylaşım

 01:17 07.10.2026     125

Braziliyalı futbolçu Neymar Lionel Messinin Argentina millisində son matçına çıxması ilə bağlı sosial media hesabında paylaşım edib.

Redaktor.az xəbər verir ki, Neymar paylaşımında argentinalı ulduzun futbol dünyasına verdiyi töhfələrə toxunaraq ona təşəkkür edib.

“İllər ərzində futbolu sevdiyiniz şəxs kim idi... Bu gün komandanızın, ölkənizin forması ilə oynadığınız son matçınızdır və ümid edirəm hər saniyəsindən zövq alarsınız. Bu gün edilən bütün ehtiram duruşları sizi xoşbəxt etsin.

Təkcə Argentina sizə təşəkkür etmir, bütün dünya futbola etdiyiniz hər şeyə görə sizə təşəkkür edir.

Mənə futbolu daha da sevdirdiyiniz üçün təşəkkür edirəm. Sizinlə oynamaq bir şərəfdir və sizinlə birlikdə tarix yazmaq daha da böyük bir şərəfdir.

Təşəkkür Leo Messi”, - Neymar yazıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən