Messi vida matçına gedərkən göz yaşlarını saxlaya bilmədi - VİDEO

 09:43 07.10.2026     146

Futbol əfsanəsi Lionel Messi Argentina millisindəki karyerasının son oyununa çıxarkən ölkəsində böyük coşqu ilə qarşılanıb.

Redaktor.az xəbər verir ki, “La Albiceleste”nin simvoluna çevrilən futbolçu Beninlə keçiriləcək matç öncəsi duyğusal anlar yaşayıb.

Təxminən 85 min azarkeşin Messini son dəfə milli forma ilə izləmək üçün tribunaları dolduracağı gözlənilir.

Komanda avtobusu Buenos-Ayres küçələri ilə stadiona doğru hərəkət edərkən minlərlə azarkeş futbolçuya dəstəyini nümayiş etdirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə isə Messinin azarkeşlərin coşqusu qarşısında göz yaşlarını saxlaya bilmədiyi görünür.

Messinin Argentina millisindəki son illəri böyük uğurlarla yadda qalıb. O, komanda ilə 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə isə dünya çempionatını qazanaraq ölkə futbolunun ən böyük arzularından birini gerçəkləşdirib.



Vumart və Güvən reklamı Vumart Güvən