Tçkayev 1/4 finala vəsiqə qazandı - Dünya çempionatı - YENİLƏNİB

 14:06 07.10.2026     158

Zelim Tçkayev dünya çempionatında növbəti görüşə çıxıb.

Redaktor.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/8 finalda Nugzari Tatavaşvili ilə üz-üzə gəlib.

Təmsilçimiz rəqibini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

O, 1/4 finalda serbiyalı Mixaylo Sımın ilə münasibətlərə aydınlıq gətirəcək.

***

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Zelim Tçkayev mübarizəyə başlayıb.

Redaktor.az xəbər verir ki, -81 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşünü 1/16 final mərhələsində keçirib.

Tçkayev bu mərhələdə moldovalı Viktor Sterpu ilə qarşılaşıb. Görüşü qələbə ilə başa vuran təmsilçimiz rəqibini üstələyərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən