Tçkayev 1/8 finala vəsiqə qazandı - Dünya çempionatı
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Zelim Tçkayev mübarizəyə başlayıb.
Redaktor.az xəbər verir ki, -81 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşünü 1/16 final mərhələsində keçirib.
Tçkayev bu mərhələdə moldovalı Viktor Sterpu ilə qarşılaşıb.













