Corcina Ronaldonun 50 yaşına kimi oynayacağını düşünür
“Əl Nəsr”in ulduzu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez portuqaliyalı futbolçunun karyerasını 50 yaşında bitirə biləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o bu barədə “Netflix”ə danışıb.
“İnsanlar “sizcə, o nə vaxt futbolu bitirəcək?” deyə soruşanda, açığı, bəlkə də 50 yaşında” – deyə Corcina bildirib.
Qeyd edək ki, 41 yaşlı K.Ronaldo bir neçə gün öncə Portuqaliya millisinin düşərgəsində problem yaşadığından oradan ayrılıb.













