“Ronaldo ilə Messi arasında illərdir davam edən rəqabətə baxmayaraq...” - Ertem Şener
"İllərdir “Ronaldo, yoxsa Messi?” müzakirəsi gedir. Mən isə hər ikisinin böyük futbolçu olduğunu düşünürəm. Ronaldo Messiyə paylaşım edərək “Leo, illərdir ölkənə sahib çıxırsan və sonsuza qədər xatırlanacaq bir hekayə yazdın. Argentina ilə əldə etdiklərinə duyduğum hörmət sonsuzdur. Səni qucaqlayıram” deyib".
Redaktor.az xəbər verir ki, bu barədə türkiyəli şərhçi Ertem Şener öz sosial media hesabında paylaşımında danışıb.
"Dünya futboluna birlikdə damğa vurmuş bu iki önəmli futbolçudan biri olan Kriştiano Ronaldonun, ən böyük rəqibi hesab edilən Lionel Messinin Argentina millisindən vidalaşmasından sonra etdiyi paylaşım son dərəcə ikonik, xüsusi və emosionaldır. Bir tərəfdə məyusluq yaşayan Kriştiano Ronaldo olsa da, belə bir məqamda belə Lionel Messini unutmaması olduqca önəmlidir".
Xədicə BAXIŞLI













