Ronaldo ilə bağlı anası: "O, layiq olduğu qiyməti görmür"
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun anası Dolores Aveiru oğlunun layiq olduğu qiyməti görmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “A Bola”ya açıqlamasında danışıb.
“Mən kədərlənirəm. Oğlum ön qapıdan gedə bilərdi, amma arxa qapıdan getdi. Ancaq eybi yoxdur, o, Portuqaliya üçün çox şey edib. O, həmişə Portuqaliya üçün qəhrəman olub. Ona layiq olduğu qiyməti vermirlər”, - deyə Aveiru bildirib.
Qeyd edək ki, daha əvvəl Ronaldonun Millətlər Liqasının Norveçlə ilk tur matçında meydana buraxılmaması səbəbindən baş məşqçi ilə arasında münaqişə yarandığı barədə məlumat yayılıb. Portuqaliya Futbol Federasiyasının rəhbəri bununla bağlı təcili danışıqlar aparıb və münaqişə həll olunub. Lakin baş məşqçi Danimarka ilə oyun öncəsi mətbuat konfransında Ronaldonun bu görüşü də buraxa biləcəyini istisna etməyib.
41 yaşlı hücumçu Portuqaliya millisində iki dünya rekorduna sahibdir. O, 146 qolla milli komandalar tarixinin ən məhsuldar futbolçusu, 234 oyunla isə ən çox milli forma geyinən futbolçudur.
Xədicə BAXŞILI













