Zelimdən ipponla qələbə - Erməni ilə qarşılaşacaq - YENİLƏNİB

 12:34 09.10.2026     190

Zelim Kotsoyev 1/16 finalda slovakiyalı Benyamin Mataseyə ipponla qalib gəldi. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməniəsilli idmançı Arman Adamyanla qarşılaşacaq.

***

Zelim Kotsoyev Boymırat Majanova qalib gələrək növbəti mərhələyə adlayıb.

***

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Redaktor.az xəbər verir ki, bu gün Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaq.

Onun ilk rəqibi 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.

Təsnifat görüşləri saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən