Azərbaycan Kubokunda 3700-cü qol VURULDU

 16:49 09.10.2026     62

Azərbaycan Kubokunun tarixində 3700-cü qol vurulub.

Redaktor.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley göstəricisi I təsnifat mərhələsinin “Difai” – “Zəngəzur” matçına (1:3) təsadüf edib.

Qonaq komandanın futbolçusu Kənan Mirzəliyev qarşılaşmada sonuncu, cari mövsümdə isə 23-cü qolun müəllifi olub. Həmin top 1992-ci ildən təşkil olunan yarışın tarixinə 3700-cü qol kimi düşüb. Keçirilən 1216 qarşılaşmadan sonra ölkə kubokunda vurulan ümumi qolların sayı 3713-ə yüksəlib.

Qeyd edək ki, turnir tarixində ilk qolu 1992-ci ildə “Pambıqçı” (Neftçala) klubunun futbolçusu Elnur Əsgərov vurub.

Vumart və Güvən reklamı Vumart Güvən