"Oğlumun dəyərini bilmirlər" - Ronaldonun anası

 18:19 09.10.2026     67

Portuqaliya futbolunun əfsanəsi Kriştiano Ronaldonun milli komandanın düşərgəsini tərk etməsi həm öz ölkəsində, həm də dünyada ajiotaj yaradıb. 

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı yerli mətbuata danışan ulduz futbolçunun anası Dolores Aveiro prosesin necə inkişaf etməsindən kədərləndiyini bildirib.

Aveiro bildirib ki, məşqçi Xorxe Jesusla yaşadığı böhrandan sonra Portuqaliya milli komandasından ayrılan oğluna kifayət qədər hörmət göstərilməyib.  Aveiro Ronaldonun milli komandaya uzun və dəyərli töhfələrini vurğulayıb və oğluna göstərilən münasibəti tənqid edib. 

"O, Portuqaliyaya çox şey verdi. Buna görə də həmişə bizimlə olacaq. O, həmişə Portuqaliyanın qəhrəmanı olub. Onu kifayət qədər qiymətləndirmirlər. Kriştianonun dəyərini bilmirlər", - deyə 71 yaşlı qadın deyib. 

Vumart və Güvən reklamı Vumart Güvən