Şübhəli qələbə, erməni idmançıdan qeyri-etik jest - VİDEO

 17:35 09.10.2026     139

Olimpiya çempionumuz Zelim Kotsoyevin Bakıda keçirilən dünya çempionatında Rusiyanı təmsil edən erməniəsilli idmançı Arman Adamyana qarşı görüşündə qalmaqallı anlar yaşanıb.

Redaktor.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. 

“Qızıl xal” hissəsində isə gərgin anlar yaşanıb. Əvvəlcə, Zelim Kotsoyev Adamyana qarşı yuko xallıq fənd işlətsə də, hakimlər bunu dəyərləndirməyib. Daha sonra isə erməniəsilli idmançı eyni fəndi işlədib. Nəticədə o qalib elan olunub. 

Zelim və məşqçis etiraz etsə də, qərar dəyişməyib. 

Maraqlıdır ki,matçın hakimləri siyahısında Özbəkistanı təmsil edən erməniəsilli Armen Baqdasarov da olub. Qərarı bu səbəbdən şübhə altına almaq olar. 

Qarşılaşmadan sonra isə Arman Adamyan tribunalara qarşı qeyri-etik jest edib. O, qələbədən sonra əllərini qulaqlarının ardına qoyaraq “səsinizi eşitmirəm” jestin edib. 

 

Vumart və Güvən reklamı Vumart Güvən