Xanım boksçumuz Avropa çempionatının finalında

 17:50 09.10.2026     57

Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycanın daha 7 boksçusu - Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Hidayət Məmmədov (70 kq) və  Xumar Cəfərli (+80 kq) də yarımfinalda mübarizə aparacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən