“Kəpəz” səfərdə “Araz-Naxçıvan”ı məğlub etdi: Premyer Liqa
Azərbaycan Premyer Liqasının VII turuna start verilib.
Redaktor.az xəbər verir ki, turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib.
Şamaxı şəhər stadionunda keçirilən görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada “Kəpəz”in qollarını 31-ci dəqiqədə Benito, 86-cı dəqiqədə isə Rəhman Hacıyev vurub.
Qeyd edək ki, günün növbəti matçında “Neftçi” “Sabah”ı qəbul edəcək. “Palms Sports Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.













