Ertem Şener “Sabah” – “Slaviya Praqa” matçında iştirak EDƏCƏK
Türkiyəli idman şərhçisi və teleaparıcı Ertem Şener Bakıda keçiriləcək “Sabah” – “Slaviya Praqa” qarşılaşmasını stadiondan izləyəcək.
Redaktor.az xəbər verir ki, Ertem Şener bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Azərbaycanı ikinci vətəni adlandıraraq ölkəmizə olan sevgisini ifadə edib.
“İkinci vətənim, gözəl Azərbaycanım… Hər gəlişimdə özümü evimdə hiss etdiyim, insanını, sevgisini, səmimiyyətini çox sevdiyim qardaş ölkəm!” – deyə jurnalist qeyd edib.
Ertem Şener oktyabrın 13-də Bakıda keçiriləcək “Sabah” – “Slaviya Praqa” qarşılaşmasında iştirak edəcəyini bildirib.
O, azarkeşlərlə birlikdə matçın həyəcanını yaşamaqdan məmnunluq duyduğunu vurğulayıb və paylaşımını “Canım Azərbaycan!” sözləri ilə tamamlayıb.
Xədicə BAXIŞLI













