“Neftçi” ilə “Sabah”ın oyununda qol VURULMADI
Misli Premyer Liqasının VII turunda "Sabah" səfərdə "Neftçi" ilə heç-heçə edib.
Redaktor.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən görüş qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra "Neftçi" 16 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Eyni xala malik "Sabah" isə ikinci yerdədir.













