Ronalduya qarşı diskvalifikasiya prosesi BAŞLADILDI
Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi Kriştiano Ronaldunun diskvalifikasiya olunması ilə bağlı prosesi rəsmən başladıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” nəşri məlumat yayıb.
Buna səbəb 41 yaşlı hücumçunun baş məşqçi Jorje Jezuşla münaqişədən sonra millinin düşərgəsini özbaşına tərk etməsi olub. Sentyabrın 27-də Ronaldunun Millətlər Liqasında Norveçlə matçda (2:1) meydana çıxmadığı, oktyabrın 1-də isə Jezuşun Danimarka ilə oyun öncəsi mətbuat konfransından sonra milli komandanın düşərgəsini tərk etdiyi bildirilir.
İntizam araşdırması federasiyanın intizam reqlamentinin 160-cı maddəsi əsasında başladılıb. Həmin maddəyə əsasən, üzrlü səbəb olmadan milli komandanın məşqini, oyununu və ya tədbirini tərk edən futbolçu bir aydan altı ayadək diskvalifikasiya oluna bilər. Peşəkar futbolçuya əlavə olaraq 510-1020 avro məbləğində cərimə də tətbiq edilə bilər.
Portuqaliyalı hüquqşünas Qonsalu Almeyda “A Bola” nəşrinə açıqlamasında bildirib ki, federasiyanın İntizam Şurası araşdırma başladmalı, Ronaldunu məlumatlandırmalı və ona öz mövqeyini bildirmək imkanı verməlidir. Bundan sonra qərar qəbul ediləcək. Hüquqşünas qərarın kifayət qədər tez veriləcəyini düşündüyünü qeyd edib.
Münaqişə baş məşqçinin Ronaldunun komandanın əsas heyətində yer alacağına zəmanət vermədiyini açıqlamasından sonra yaranıb. Oktyabrın 6-da hücumçu rəsmi bəyanatla çıxış edərək məşqçini şəxsi razılaşmaları pozmaqda ittiham edib. “The Athletic” nəşrinin məlumatına görə, futbolçu bəyanatı federasiya ilə əvvəlcədən razılaşdırıb və qurumla qarşıdurmaya getmək istəmir.
Xədicə BAXŞILI













