Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı

 15:26 10.10.2026     107

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldonun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb.

Qeyd olunur ki, qaydalarına əsasən, cəza avtomatik olaraq qüvvəyə minib. İndi federasiyanın Nizam-İntizam Komitəsi cəzanın yekun müddətini müəyyən etməlidir. Sanksiyaların müddəti bir aydan altı aya qədər dəyişə bilər. Əgər komitə ən sərt qərarı qəbul edərsə, Ronaldo milliyə yalnız 2027-ci ildə - 42 yaşında qayıda biləcək.

Qeyd edək ki, Ronaldo millinin baş məşqçisi Jorji Jezuş ilə arasında yaranan münaqişə səbəbindən komandanın düşərgəsini tərk edib.

Vumart və Güvən reklamı Vumart Güvən