Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini QAZANDI
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen 2026-cı il mövsümünün "Formula 1" üzrə dünya çempionatının 17-ci – Sinqapur Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Redaktor.az xəbər verir ki, yarış həftəsonu "Marina-Bey" şəhər trasında keçirilir.
İkinci yeri monakolu Şarl Lekler ("Ferrari") tutub. Üçüncü isə onun komanda yoldaşı britaniyalı Lüis Hemilton olub. Ferstappen ardıcıl olaraq ikinci qran-pridə təsnifat mərhələsini qazanıb və karyerasında 50-ci poulu əldə edib.
Əsas yarış oktyabrın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.













