Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Türkiyə Superliqasında 7-ci turun oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Ərzurumspor" səfərdə "Antalyaspor"la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Nəriman Axundzadə bu görüşdə də meydana çıxmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.
"Ərzurumspor" bu nəticədən sonra 8 xalla 12-ci pillədə qərarlaşıb.













