"Qarabağ" "İmişli"yə qalib gəldi

 18:24 11.10.2026     71

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, “Qarabağ” Yevlax şəhər stadionunda “İmişli”nin qonağı olub.

Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 59-cu dəqiqədə Aleksey Kaşuk və 88-ci dəqiqədə Jali Muaddib vurublar. Məlumat üçün bildirək ki, bu, "köhlən atlar"ın Azərbaycan çempionatlarında 1000-ci matçı olub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran "Qarabağ" 3-cü pillədə qərarlaşıb. "İmişli" isə 4 xalla 9-cudur.

Turun bağlanış oyunu “SOCAR Polymer Arena”da “Şəfa” və “Turan Tovuz” komandaları arasında olacaq. Görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Araz-Naxçıvan”a 2:0, “Sumqayıt” “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəlib, “Neftçi” – “Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) görüşləri isə heç-heçə ilə yekunlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən