“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirdi - FOTO

 19:14 12.10.2026     72

“Sabah” klubunun Çempionlar Liqasının liqa mərhələsində Bakıda Çexiyanın “Slaviya Praqa” komandasına qarşı keçirəcəkləri oyundan öncə son məşqi təşkil olunub.

Redaktor.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Arenanın ot örtüyü təxminən 3 həftə ərzində tamamilə yenilənərək qarşıdakı oyunlar üçün hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

222
Vumart və Güvən reklamı Vumart Güvən