“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə ÇIXACAQ

 21:33 12.10.2026     85

“Qalatasaray” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Barselona” ilə keçiriləcək oyun öncəsi itkilərlə üzləşib.

Redaktor.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görıə, İstanbul təmsilçisinin zədəli futbolçusu Vilfrid Sinqo qarşılaşmada iştirak edə bilməyəcək. Bir müddətdir komandadan ayrı fərdi məşqlər edən müdafiəçinin meydana çıxması gözlənilmir.

Bundan başqa, Kaan Ayhan, Kazımcan Karataş, Arda Ünyay, Eyüp Aydın və Can Armando Güner də UEFA-ya təqdim olunan iştirak ərizəsində yer almadıqları üçün matçda oynaya bilməyəcəklər.

Ümumilikdə “Qalatasaray” “Barselona” ilə görüşdə ümumilikdə 6 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” - “Barselona” oyunu oktyabrın 13-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən