Messi “Qızıl top”un yeni sahibinə mükafatı təqdim edə bilər
Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “Qızıl top” mükafatlandırma mərasimində iştirak edə bilər.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı ulduz tədbirə şəxsən qatılacaq və əsas mükafatı yeni qalibə təqdim edəcək.
Messi karyerası ərzində 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, bu uğura 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə imza atıb.
Hazırda MLS-də çıxış edən “İnter Mayami”nin formasını geyinən argentinalı futbolçu cari mövsümdə 25 oyunda 23 qol vurub.
Qeyd edək ki, 2026-cı ilin “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.













