“Sporting” səfərdə “Lens”i məğlub etdi - Çempionlar Liqası

 00:47 14.10.2026     117

UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Portuqaliyanın “Sporting” klubu səfərdə Fransanın “Lens” komandası ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, “Stade Bollaert-Delelis” stadionunda keçirilən görüş Lissabon təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Nestori İrankundanın ötürməsindən sonra kolumbiyalı hücumçu Luis Suares topu rəqib qapısından keçirərək “Sporting”i önə çıxarıb - 0:1.

Matçın 74-cü dəqiqəsində isə qonaqlar ikinci qola imza atıblar. Silas Andersenin ötürməsindən sonra İssa Dumbia qapıçı ilə üz-üzə qalaraq fürsəti dəqiq zərbə ilə dəyərləndirib və yekun hesabı müəyyənləşdirib - 0:2.

Qeyd edək ki, “Lens” topa sahibolma göstəricisində üstün olsa da, bu üstünlüyü qola çevirə bilməyib. Meydan sahibləri topa 56 faiz, “Sporting” isə 44 faiz nəzarət edib. Qapı çərçivəsinə zərbələrdə də Fransa təmsilçisi 6:5 hesabı ilə öndə olub. Bununla belə, Portuqaliya klubunun müdafiədə etibarlı oyunu və qol imkanlarından daha səmərəli istifadə etməsi nəticəyə təsir göstərib.

Beləliklə, xallarını 6-ya çatdıran “Sporting” Çempionlar Liqasının liqa mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. Üç xalı olan “Lens” isə turnirdə ilk məğlubiyyətini alıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən