“Sabah”ın qələbə qazandığı oyunda Çempionlar Liqasının antirekordu qeydə alındı

 11:42 14.10.2026     75

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Slaviya”ya (Çexiya) qarşı keçirdiyi matçda maraqlı statistik göstərici qeydə alınıb.

Redaktor.az “Opta”ya istinadla xəbər verir ki, qarşılaşmada qapı çərçivəsinə ilk zərbə 35-ci dəqiqədə vurulub.

Bu, 2003/2004 mövsümündən, yəni turnirdə müvafiq statistikanın aparılmağa başlanmasından bəri ən gec ilk zərbə göstəricisidir.

Qeyd edək ki, “Sabah”ın hücumçusu Kahim Parris 17-ci dəqiqədə fərqlənsə də, onun qolu oyundankənar vəziyyətə görə hesaba alınmayıb.

Bakı Olimpiya Stadionunda baş tutan görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən