Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq
Azərbaycanın futzal üzrə milli komandası oktyabrın 16-da FIFA 2028 Dünya Çempionatının seçmə mərhələsinin əsas raundunun qrup mərhələsində ilk oyununu keçirəcək.
Redaktor.az xəbər verir ki, millimiz səfərdə Çexiya yığması ilə qarşılaşacaq.
Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” idman arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Millimizin qarşıdan gələn oyun üçün heyətini təqdim edirik:
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Atakişiyev Fərid | Neftçi İK |
| 2 | Kürdov Emin | Araz-Naxçıvan |
| 3 | Haciyev Kamran | Neftçi İK |
| 4 | İsmayılov Nihad | Neftçi İK |
| 5 | Emil Həsənzadə | Neftçi İK |
| 6 | Əliyev Tofiq | Neftçi İK |
| 7 | Quluzadə Murad | Araz-Naxçıvan |
| 8 | Manafov Kənan | Araz-Naxçıvan |
| 9 | Rüstəmli Oktay | Araz-Naxçıvan |
| 10 | Ələkbərov Ədalət | Araz-Naxçıvan |
| 11 | Məmmədov Nurlan | Araz-Naxçıvan |
| 12 | Zeynalov Eldar | Araz-Naxçıvan |
| 13 | Kazixanov Novruz | Araz-Naxçıvan |
| 14 | Əliyev Ülvi | Araz-Naxçıvan |













